Şəhidin adına olan bank kartından pul oğurlanıb.
DİN-in mətbuat xidmətindən İctimairey.Az-a verilən məlumata görə, iyulun 26-da Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
İctimairey.Az