Azərbaycanlı professor vəfat etdi

Lənkəran Dövlət Universitetinin (LDU) Texnologiya və texniki fənlər kafedrasının dosenti, texnika elmləri namizədi Oqtay Mürsəliyev vəfat edib.

Bu barədə Lənkəran Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki, LDU-nun rektoru, professor Natiq İbrahimov başda olmaqla universitetin pedaqoji kollektivi, professor-müəllim heyəti O.Mürsəliyevin vəfatı ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, O.Mürsəliyev 1947-ci ildə anadan olub. O.Mürsəliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İstehsal proseslərinin avtomatlaşdırılması üzrə mühəndis elektromexanik” ixtisas üzrə təhsil alıb. 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. 60 elmi-metodik əsərin (bunlardan doqquzu elmi ixtira, on beşi dərs vəsaitidir) müəllifidir.

İctimairey.Az

Comments are closed.

Tərcümə »