Bakının Kürdəxanı qəsəbəsində bir neçə gün öncə bir gecədə iki gənc intihar edib.
İctimairey.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iyulun 23-ü gecə saat 10 radələrində qəsəbənin Meyvə Tinglisi sovxozu deyilən ərazidə 1994-cü il təvəllüdlü Mahmudlu Nofəl Təvəkkül oğlu yaşadığı evdə özünü asıb.
Bu hadisədən 3 saat sonra Bağlar sahəsində 1982-ci il təvəllüdlü Sərya Məmmədov evdə özünü asaraq intihar edib.
Hər iki faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
İctimairey.Az