Azərbaycanın qrup hərəkətləri komandası “Irina Deleanu Cup” beynəlxalq turnirində 3 qızıl medal qazanıb
Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə böyüklər arasında 21-ci “Irina Deleanu Cup” beynəlxalq turnir keçirilib.
İctimairey.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi yığma komandamızın ikinci heyəti təmsil edib.
Turnirdə fərdi növdə Alina Məmmədova, Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Fidan Yusifzadə, Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Nigar Xankişiyeva və Leyla Əliyeva mübarizə aparıblar.
Yarışda qrup hərəkətləri üzrə komandamızın üzvləri 3 qızıl medal qazanıblar. Belə ki, onlar çoxnövçülük, 5 halqa, 3 lent və 2 topla hərəkətlərdə bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.