“Bir qızım diplomatdır, digər qızım məmur”

0

“Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub”.

İctimairəy.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov “Zaurla Günaydın” proqramında deyib. Muğam ifaçısı ilk dəfə ailəsindən danışıb:

“36 ildir evliyik. Yoldaşım coğrafiya müəllimidir. Ailədə xanımların üzərinə böyük iş düşür. Dörd övladımız var. Onların təhsili, tərbiyəsi xanımımın üstünə düşüb. Yoldaşım əməkdar müəllimdir, onun tələbələri indi yüksək yerlərdə çalışır.

Həyat yoldaşı həyatın yoldaşıdır. Mənim üçün ailə, övlad birinci gəlir. Övladlarımdan üçü artıq çalışır. Kiçik oğlum İbrahim imtahan verib, nəticə hələ gözləyirik. Üç nəvəm var, böyük 8 yaşındadır. Bir qızım diplomatdır, səfirlikdə işləyirdi. İndi Xarici İşlər Nazirliyində çalışır. Digər qızım məmurdur, Milli Məclisdə işləyir. O biri qızım isə həkimdir”.

İctimairey.az 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »