Avtomobillərə qənim kəsilən oğru yaxalandı – VİDEO

0

Avtomobillərə qənim kəsilən oğru yaxaland

Nizami rayonunda avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb.

Bu barədə IctimaiRey.az  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Murad Canızadə tutulub. Onun Nizami rayonunda 5 avtomobilin şüşəsini sındıraraq dəyəri 2500 manata yaxın maqnitafon, qızıl-zinət əşyaları,saat, videoqeydiyyatçı və digər əşyalar oğurladığı müəyyən edilib. Murad Canizadənin paytaxtın digər rayonlarında analoji cinayətlər etdiyi istisna olunmur. Onun ətrafında Nizami Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »