Göyçay İcra Hakimiyyətinin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov tutulub.
R.Şükürovun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.
Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, rayonun icra başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qurumda yoxlamalara başlanıldığı, bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilirdi.