Son dəqiqə: OLEQ Deripaskanın yaxtası Türkiyəyə gəlib
Rusiyalı alüminium maqnatı Oleq Deripaskanın yaxtası bir gün əvvəl Türkiyənin Göcek kurortu yaxınlığındakı buxtaya gəlib.
İctimairey.az xəbər verir ki, bu barədə “Daily Sabah” məlumat yayıb.
Hadisə şahidləri 73 metrlik Clio yaxtasının Göcek sahillərinə necə gəldiyini görüblər. Gəmi Kayman adalarının bayrağı altında dalğalanan körfəzdədir.
Bundan əvvəl milyarder Roman Abramoviçlə əlaqəsi olan iki yaxta Türkiyə limanlarında yanalmışdı.
“Getdikcə daha çox rusiyalı milyarder Qərbin sanksiyalarından xilas olmaq üçün, Türkiyəyə üz tutur… Ankara Rusiyanın enerji idxalından və turistlərindən çox asılıdır və ruslar üçün təhlükəsiz sığınacaq halına gəlib. Onların bir çoxu Türkiyənin daşınmaz əmlakına sərmayə qoyub”, – qəzet yazır.Esmira ŞÜKÜROVA İctimairey.az