Şimali Koreya lideri Kim Çen In “yeni tip taktiki idarə olunan silahın” sınaq buraxılışına nəzarət edib, bazar günü dövlət mediası qısa mənzilli raketin bir gün əvvəl buraxıldığını irəli sürüb.
Rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, sınaq atışları “uğurla həyata keçirilib”. Şimali Koreyanın silah sınağını nə vaxt keçirdiyi barədə məlumat verilmir, lakin Kimin hərəkətləri adətən bir gün sonra bildirilir.
Cənubi Koreya ordusu şənbə günü axşam saat 18:00 radələrində Şimali Koreyanın Yaponiya dənizinə atdığı iki mərmi aşkarladığını və onların təxminən 25 kilometr yüksəklikdə, 110 kilometr uçaraq maksimum 4 Max sürəti və ya 4 dəfə səs sürəti ilə hərəkət etdiyi bildrilir.
Cümə günü Şimali Koreya ABŞ və Cənubi Koreyaya qarşı hərbi təxribatlar törədə biləcəyi ilə bağlı artan narahatlıqlar fonunda, hazırkı liderin babası Kim İr Senin anadan olmasının 110-cu ildönümünü qeyd edib.
Lakin Şimali Koreyanın “Günəş Günü” kimi tanınan ən böyük bayramı olan gündə ballistik raket sınağını işə salacağı və ya yeddinci nüvə sınağı keçirə biləcəyi ilə bağlı şayiələrə baxmayaraq, belə bir hərəkət görülməyib.
Xarici işlər üzrə bir çox ekspertlər deyirlər ki, Şimali Koreya bazar ertəsi ABŞ-Cənubi Koreyanın genişmiqyaslı birgə hərbi təlimləri başlayanda təxribatçı addımlar ata bilər. Pxenyan onları müharibə üçün “məşq” adlandırıb.