Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihəsi çərçivəsində hazırladığı növbəti məqalə Ukraynanın nüfuzlu http://www.asmedia.kiev.ua informasiya portalında dərc olunub.
Ukrayna dilində dərc olunan yazıda bu dəfə Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıqların etnik və mədəni müxtəlifliyindən bəhs olunub. Yazıda qeyd olunub ki, etnik və dini müxtəliflik Azərbaycan dövlətinin milli irsidir. İstər qədim zamanlarda, istərsə də bizim dövrümüzdə Azərbaycan tarixdə yüksək tolerantlığı ilə seçilən region kimi qeyd olunub. Azərbaycan Qafqazda xristianlığın ilk beşiyi olan zərdüştiliyin doğulduğu yer, islam dininin geniş yayıldığı məkan, dünyada müxtəlif etnik qrupların yaşadığı, rəngarəng mədəniyyətlərin bir-birindən faydalandığı, çiçəkləndiyi diyardır. Tarixi mənbələr də Azərbaycanın etnik tərkibinin durmadan genişləndiyini göstərir.
Yazıda azsaylı xalqların mədəniyyət mərkəzlərindən, həyata keçirdikləri mədəni tədbirlərdən söhbət açılıb. Azərbaycan Kürdləri İctimai Birliyini rəhəbri Tahir Süleyman, Milli Məclisin üzvü Anatoli Rafilovun Azərbaycanda tolerantlıq və multikultural dəyərlərə verilən önəmlə bağlı qısa fikirləri də ictimailəşdirilib.
Yazının tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiz:
https://asmedia.kiev.ua/kultura-uk/etnichna-ta-kulturna-riznomanitnist?lang=uk