Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində fəaliyyət göstərən məntəqələrdə keçirilən reydlər zamanı qanunsuz heyvan kəsiminin və ət satışının həyata keçirildiyi aşkar edilib.
AQTA-dan verilən məlumata görə, faktlarla bağlı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırıb.