Rusiyanın Çerniqov şəhərinin atəşə tutması nəticəsində ölənlərin dəfn edildiyi qəbiristanlığın görüntüləri yayılıb.
İctimaiRey.az xəbər verir ki, yayılan görüntülərdə bir çox qəbrin lövhəsinin olmadığı görünür. Bu isə o deməkdir ki, orada basdırılanların kimliyini müəyyən etmək mümkün olmayıb
Daha əvvəl Çerniqov şəhərinin meri Vladislav Atroşenko bildirib ki, hərbi əməliyyatlar nəticəsində şəhərin 70%-i dağıdılıb:
“Şəhərimiz Buçaya bənzəyir, bəzi ərazilərdə isə artıq Mariupol şəhəri ilə eynidir. İnsanlar sabaha necə çıxacaqlarını düşünür”.