Ukrayna şad xəbəri açıqladı: Bu ərazilər işğaldan azad edildi
“Rusiya Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisində hücum əməliyyatına hazırlaşırlar”.
İctimaiRey.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
“Düşmən başqa ölkələrdən Ukraynaya qarşı muzdlu döyüşçülər cəlb edir. 14-cü ordu korpusunun 200-cü əlahiddə motoatıcı briqadasının komandanlığı itkiləri kompensasiya etmək üçün hərbi qulluqçulara təlim keçir. İnformasiyaya əsasən, briqadanın ümumi canlı itkisi 30 faizə yaxındır. Taborlardan birinin taktiki qrupu tamamilə məhv edilib, başqa biri isə döyüş qabiliyyətini bərpa etmək üçün Belqorod vilayətinə aparılıb”, – qurumdan bildirilib.
Qeyd olunub ki, Slobojan istiqamətində Rusiya hərbçiləri Xarkov şəhərini mühasirəyə almağa çalışırlar.
Rəsmi informasiyaya əsasən, Rusiyanın 20-ci ümumqoşun ordusunun 236-cı artilleriya briqadası şəxsi heyəti və silah-sursatının 20 faizini itirib: “İşğalçılar beynəlxalq humanitar hüquqla qadağan olunan silahlardan fəal şəkildə yararlanırlar. Ukrayna Silahlı Qüvvələri ötən sutkada Rusiyanın 8 qanadlı raketini məhv edib”.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib ki, Rusiya Silahlı Qüvvələri Xerson və Nikolayev vilayətlərini təhvil verməyə hazırlaşır