SON DƏQİQƏ! Azərbaycan və Türkiyə arasında “Bakı Bəyannaməsi” imzalanacaq

0

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfərə gəlir.

İctimairəy.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, üçtərəfli görüş iyulun 27-də keçiriləcək.

Görüşdə “Bakı Bəyannaməsi” imzalanacaq.

Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

İyulun 28-i Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Mustafa Şentop Füzuli və Şuşa şəhərlərinə səfər etdikdən sonra isə vətənə dönəcək.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »