Bu gün UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinə yekun vurulacaq.
İctimairey.az xəbər verir ki, cavab mərhələsinin bütün oyunları eyni gündə gerçəkləşəcək.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İspaniya “Barselona”sını qəbul edəcək. İspaniyadakı ilk görüşdə qapılara qol vurulmayıb.
Turnirin 6 qat qalibi “Sevilya” “Vest Hem”in qonağı olacaq. İlk matçda Əndəlüs təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Avropa Liqası, səkkizdəbir final mərhələsi cavab oyunları
17 mart
21:45. “Qalatasaray” (Türkiyə) – “Barselona” (İspaniya)
İlk oyun – 0:0.
21:45. “Bayer” (Leverkuzen, Almaniya) – “Atalanta” (İtaliya)
İlk oyun – 2:3.
21:45. “Monako” (Fransa) – “Braqa” (Portuqaliya)
İlk oyun – 0:2.
21:45. “Srvena Zvezda” (Serbiya) – “Reyncers” (Şotlandiya)
İlk oyun – 0:3.
00:00. “Vest Hem” (İngiltərə) – “Sevilya” (İspaniya)
İlk oyun – 0:1.
00:00. “Ayntraxt” (Almaniya) – “Betis” (İspaniya)
İlk oyun – 2:1.
00:00. Lion (Fransa) – “Portu” (Portuqaliya)
İlk oyun – 1:0.
Qeyd edək ki, ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva “Spartak”ı Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya “Leyptsiq”i dörddəbir finala birbaşa vəsiqə qazanıb.