Birləşmiş Ştatlar Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayıracaq.
İctimaiRəy.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
Onun sözlərinə görə, təkcə bu həftə ABŞ-ın Ukraynaya yeni təhlükəsizlik yardımının ümumi məbləği 1 milyard dollara çatıb.
Bundan əlavə, ABŞ hakimiyyəti Ukraynaya əlavə silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, atıcı silahlar və döyüş sursatları ötürmək niyyətindədir.
Bayden deyib ki, yardım paketinə, həmçinin 9 min tank əleyhinə sistem, 7 min atıcı silah və 20 milyon patron daxildir.