Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni kadr təyinatı olub.
Bu barədə nazir Muxtar Babayev əmr imzalayıb.
Əmrə əsasən, Rüstəm Həsənov nazirin müşaviri təyin edilib.
Qeyd edək ki, R.Həsənov bu təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Rəqəmsal İnnovasiyalar sektorunun müdiri vəzifəsindən çalışıb.