Ramzan Kadırov Putindən xahiş edib ki, Kiyev və Xarkovu ələ keçirmək üçün əmr versin.
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putindən döyüşçülərə Xarkov, Kiyev və Ukraynanın digər şəhərlərini tutmağı əmr etməyi xahiş edib.
İctimairey.az xəbər verir ki, o, müvafiq müraciəti öz Telegram kanalında yerləşdirib.
“Döyüşçülərimizə əmr verin ki, Xarkovu, Kiyevi və bütün digər şəhərləri tez, dəqiq və səmərəli şəkildə ələ keçirsinlər. Yoldaş Prezident, yoldaş Ali Baş Komandan, mən sizin üçün canımı verməyə hazıram. Amma mənim və bizim döyüşçülərin, müdafiə nazirliklərinin, Milli Qvardiyanın və digər strukturların necə həlak olduğunu izləyə bilmirəm. Sizdən xahiş edirəm ki, hər şeyə göz yumun və bir-iki günə orada baş verənləri bitirsinlər”, – Kadırov bildirib.
Çeçenistan rəhbəri Ukraynadakı vəziyyətdən danışaraq, bunu Rusiya üçün təhlükə adlandırıb. O qeyd edib ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün aparılan danışıqlar yaxşıdır, lakin hazırda hərbi əməliyyatlar nəticəsində “qardaşlarımız, qohumlarımız və dostlarımız” ölür, buna az adam lazımi diqqət yetirir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə, Ukraynada xüsusi hərbi əməliyyatın ciddi şəkildə qrafikə uyğun getdiyini bildirib.
Bundan əvvəl EADaily məlumat vermişdi ki, Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro Rusiya Federasiyasının Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə xüsusi əməliyyatını dəstəkləyib.