Gəncə şəhərinin giriş qapısı: Şəhidlərimizin lövhələri yol boyunca düzülüb

0

26 fevral günü ölkənin hər yerində şəhidlərin əziz xatirəsinə dərin ehtiram bəslənildiyinin şahidi olduq.

Gəncə şəhərinin girişində yenicə ucaldilan löhvələr iki gün öncə yol boyu düzülüb. Bu mənzərəni görmək nə qədər acı və kövrəldici olsada bir o, qədərdə qürurvericidir. Əslində hər bir Azərbaycanlı kimi, bizim borcumuzdur ki, böyüməkdə olan yeni nəslə və bütün ölkəyə şəhidlərimizi tanıdaq.Открыть фото

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Bu yüksəkliyə ucalan insanlar ölmürlər,əksinə əbədi yaşardılar. Onlar hec vaxt unudulmur. Bu zirvəyə ancaq qanında vətənin hər qarış torpağına sevgisi olan və qorxu nə olduğunu bilməyən qeyrətli, namuslu,cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, urək ağrımız, həm də fəxrimiz, örnəyimizidir.Открыть фото

Azərbaycan xalqının qürur hissi keçirməyə,başını uca tutmağa tam mənəvi haqqı var. 1990-cı ilin 20 Yanvar gecəsində, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə xalqımızın yüzlərlə igid övaladı uca şəhidlik zirvəsinə yuksəlmişdir. Allahverdiyev Elburus, Rüstəmov Bəxtiyar, Rzayev Novruz, Səmədov Eyyub, Xəlilov Elxan, Məmmədov Asəf, Mehraliyev Əvəz. Bu siyahı çox uzundur. Bu amalla yaşayan insanlar misli görünməmiş iradə və yenilməzliyini ikinci Qarabağ Savaşındada qəhramancasına nümayiş etdirdilər. Oktay Məmmədov, Şahin Bayramovov, Eltac Quluyev, Rauf Əsgərov, Nurlan Bagirov, Asəf Qocayev, Tural İsmayılov, Fərid Əsədov.

Azərbaycanın müstəqilliyi, torpaqlarımızın toxunulmazdığı uğrunda canlarını fəda etmiş şəhidləri müqəddəs bir amal birləşdirirdi. ”Biz gəldi-gedərik, təki Vətən yaşasın!”

Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Gülnar RÜSTƏMOVA İctimairey.az-ın Xüsüsi müxbiri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »