İctimairey.az qeyd edik ki, Fövqəladə Hallar Nazirliyinin Mühafizə bölmələrinin gərgin əməyi nəticəsində, baş verən yanğınların qarşısı operativ olaraq alınır.
Bakı şəhərinin Binəqədi rayonunda bir-birinə bitişik tikilən ümumi sahəsi 70 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 40 m² olan talvar və altına yığılan 5 ədəd soyuducu, ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 2 m² sahədə və ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Evlərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 110 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Sumqayıt şəhərində “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.