Sabirabadda minik avtomobili yanıb. Qaz xəttinə çırpılıb

Sabirabad rayonunun Şəhriyar kəndində gecə saatlarında idarəetməni itirən “Nissan” markalı minik avtomobili yol kənarında qaz xəttinə çırpılıb.

İctimairey.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Comments are closed.

Tərcümə »