Vilayət Eyvazov generalın oğlunu İŞDƏN ÇIXARDI

0

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bölmə rəisini vəzifəsindən azad edib.

İctimairey.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Urxan Şirinov işdən çıxarılıb.

U.Şirinov sərəncama götürülüb.

Qeyd edək ki, Urxan Şirinov sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qaynı Nüsrət Şirinovun oğludur. 

Polis general-mayoru Nüsrət Şirinov isə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub.

 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »