Hadisə 2021-ci ilin aprelin 28-də rayonun Barzavu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü M.Əsgərov həmkəndlisi, 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızını qətlə yetirib.
İctimairey.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Lerikdə qadını qətlə yetirməkdə təqsirləndirilən molla Əsgərov Murad Gülbaba oğluna hökm oxunub və o, 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 157.1-ci (Mənzil toxunulmazlığını pozma, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham irəli sürülüb.