MARAQLI: NASİST SS zabiti Gebbels öz uşaqlarını niyə öldürdü?

0

Cozef Gebbels ən məşhur siyasətçilərdən biri və Adolf Hitlerin ən yaxın dostu və həmkarı idi. 1926-cı ildən NSAFP-ın (Milli Sosialist Alman Fəhlə Partiyası) təbliğatının rəhbəri olmuş və onun sayəsində bu partiya məşhurlaşaraq, bütün Almaniyaya yayılmışdır. O və həyat yoldaşı Üçüncü Reyxin imperiyaya çevriləcəyinə və dünyanı idarə edəcəyinə qəti şəkildə inanırdılar. Ancaq insan mərhəməti onlara tamamilə yad idi, çünki ailələrinin tarixi çox faciəli olmuşdu.

Maqda Gebbelslə görüşməzdən əvvəl evli olsa da, bu evlilikdən məyus idi. Boşandıqdan sonra, NSAFP-a qoşuldu. Buna təkan partiyanın qurultayı və gənc partiya fəalı Cozef Gebbelsin çıxışı olub. Qadın tez bir zamanda partiyada karyera qurdu və Gebbelsin köməkçisi oldu. Tezliklə münasibətlərini qeyd etdilər və Adolf Hitler onların toyunda şahid oldu. Furer həm cütlüklə, həm də uşaqları ilə yaxşı münasibətdə idi

NSAFP-ın ideologiyası

Maqda, əri kimi, Nasional Sosialist Alman Partiyasının ideologiyasına möhkəm inanırdı. Onun inamı İkinci Dünya Müharibəsinin başlamasından sonra, daha da artdı. O, geniş təbliğatla məşğul olub, şöbədə işləyib, səfərlər edib və qoşunlara dəstək olub. Onun xüsusi bir missiyası var idi: ərləri müharibədə ölən dul qadınları dəstəkləmək. Bütün ölkədə qadınlar arasında nüfuz sahibi olduğu üçün, onu “rejimin qeyri-rəsmi nümayəndəsi” adlandırırdılar. Ona məktublar yazır və münasibətlərdə, ev təsərrüfatında və uşaq tərbiyəsində məsləhət istəyirdilər.

Maqda Hitlerlə də yaxın münasibətdə idi, onun azsaylı rəfiqələrindən biri idi. Gebbelsin başqa qadınlarla münasibətindən xəbər tutanda, Hitler bu məsələdə Maqdanı dəstəkləyir və dostu ilə qadınlarla münasibətlər və evlilikdə qarşılıqlı anlaşma mövzusunda söhbətlər apardı. Maqdanın da öz növbəsində işləri var idi, lakin cütlük Adolf Hitlerin təzyiqi ilə tez barışırdı.

“Fürerdən sonrakı dünyada yaşamağa dəyməz”

Maqda və Gebbels mehriban valideynlər olmasına baxmayaraq, onlar həyatlarının çox hissəsini NSAFP-da işləməyə, Hitlerin ideologiyası və təbliğatına tabe olmağa həsr ediblər. Onların 1921-1940-cı illər arasında doğulmuş yeddi övladı var idi. Hər bir uşağın adı Hitlerin şərəfinə Latın H hərfi ilə başlayırdı: Harald, Helqa, Hildeqard (Hilda), Helmut, Holdina, Hedviq və Heidrun. Müharibənin sonunda böyük oğlu Harald Şimali Afrikadakı hərbi əsir düşərgəsində idi və Gebbels cütlüyündən sağ qalan yeganə o qalmışdı.

Aprelin sonunda Maqda böyük oğluna dəhşətli məzmunlu məktub yazdı. Lakin məktub oğluna yalnız avqust ayında çatmışdı.

“Fürerdən sonra, gələn dünyada yaşamağa dəyməz. Ona görə də uşaqları özümlə aparıram, onları bu dünyada qoyub getmək istəmirəm. Onları gələcək həyatlarından məhrum etmək ağırdır. Rəhman Allah başa düşəcək ki, niyə özümün və onların xilasını öz üzərimə götürmək qərarına gəldim”.

Sonradan tarixçilər hadisələrin xronologiyasını bərpa etməyə nail oldular. Başlanğıcda Göbbelslər hələ Hitlerin ölümündən əvvəl öz uşaqlarını öldürməyi planlaşdırırdılar, lakin 1945-ci il mayın 1-də Fürerin ölüm xəbərini aldılar və özlərinin və uşaqlarının həyatına qəsd etmək qərarına gəldilər. Bu zaman onlar Hitlerin bunkerində idilər, uşaqları yatırdılar. Maqda onlara əvvəlcədən deyib ki, indi ailə həkimləri onların yanına gəlib, “uşaqlara və əsl əsgərlərə vurulan iynə vuracaq”. Onların diş həkimi Helmut Kunz otağa daxil olaraq, uşaqlara morfin vurub. Bundan sonra, Maqda onlara kalium sianid verməli idi, lakin o, verə bilmədi və diş həkimindən bunu etməyi tələb etdi. Uşaqlarını hava hücumunda itirən Kunz bundan imtina edib. Sonra, bu missiya cərrah Ludvig Stumpfeqqerə həvalə edilib. O gün baş verənlərdən sonra, bunkerdə sağ qalan tək o idi.

Esmira ŞÜKÜROVA.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »