Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonundakı ticarət mərkəzində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
İctimairey.az xəbər verir ki, FHN-in mətbuat xidmətinin məlumatı əsasında hadisə yerinə operativ olaraq nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, qaldırıcı eskalator hərəkətdə olan zaman 2016-cı il təvəllüdlü uşağın sol ayağı eskalatorun pilləkənlərinin arasında sıxılı vəziyyətdə qalıb, uşağın həyat və sağlamlığı təhlükə altına düşüb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağın ayağını eskalatorun pilləkənləri arasından çıxararaq onu xilas ediblər. Uşaq təcili tibbi yardım briqadasına təhvil verilib.