SON XƏBƏR: Serbiyada təhsil almaq istəyənlərin nəzərinə. Sənəd qəbulu başladı.

0

Serbiya Respublikası tərəfindən 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşlarına ali təhsil üçün təqaüd proqramına sənəd qəbulu aparılır.

İctimairey.az xəbər verir ki, bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Serbiya hökumətinin “Serbiyada Sülh” proqramı çərçivəsində Belqrad Universiteti, Kraqujevac Universiteti, Nis Universiteti və Novi Sad Universitetində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyələri üzrə 2 təqaüd yeri ayrılıb.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları yanvarın 23-dək tələb olunan bütün sənədləri Təhsil Nazirliyinin elektron ərizə sistemi vasitəsilə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »