“Rusiya nüvə qarşısının alınmasını gücləndirir”
Xarici Media İcmalı: NATO-nun Yeni Tələbi və Rusiya Nüvəni Gücləndirir
İctimairey.az bu gün xarici medianın yazdıqlarını yoxlayıb və ən vacib və maraqlı materialları seçib.
Oxucuların təqdimatına veririk.
Yaponiyanın “Chunichi Shimbun” nəşri yazır ki, Rusiya “Asiya-Sakit Okean regionuna nəzər salaraq, nüvə başlıqlarını yerləşdirməyə tələsir”. Uzaq Şərqdə iki yeni nüvə enerjili ballistik raket sualtı qayığı yerləşdiriləcək ki, bu da nüvə müharibəsi baş verəcəyi təqdirdə “fəlakət gətirəcək cavab zərbəsi”ni nəzərdə tutur.
“Tyunichi Shimbun” qeyd edir ki, “Soyuq müharibə”nin başa çatmasından və SSRİ-nin dağılmasından 30 il sonra, Rusiya yenidən nüvə qarşısının alınması nəzəriyyəsinə qayıdır. Ötən ilin sentyabrında ABŞ Avstraliya və Böyük Britaniya ilə birlikdə AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ-ın yaratdığı üçtərəfli müdafiə ittifaqı) müdafiə ittifaqını yaratdı və bu ittifaqın altında nüvə sualtı qayıqları Sakit okeanda yerləşəcək. Nəşr vurğulayıb ki, Rusiya regionda “tarixi mübahisəli Britaniya kölgəsi”nin yaranmasından qıcıqlanıb.
NATO Rusiyadan çeviklik tələb edib
NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Ukrayna böhranının deeskalasiyası üçün Ukrayna deyil, Rusiya çeviklik nümayiş etdirməlidir, Glavred xəbər verir. Beləliklə, Stoltenberq Vladimir Zelenski hökumətinin Avropada müharibənin qarşısını almaq üçün, Minsk razılaşmaları çərçivəsində nə edə biləcəyi sualına cavab verib.
Stoltenberq buna cavab olaraq, böhranın eskalasiyasında Rusiyanı günahlandıraraq bildirib ki, “təcavüz qurbanından vəziyyəti yumşaltmaq üçün, hansısa addımı gözləmək hər şeyi bir az qəribə, tərsinə təqdim etmək deməkdir”. Eyni zamanda o, NATO-nun hələ də yenidən danışıqlar masası arxasına oturmağa və Rusiyanın narahatlığını dinləməyə hazır olduğunu vurğulayıb.