Müğənni İzzet Yıldızxanın “Səhnəyə qısa tumanla çıxmasınlar” açılqmasından sonra, 45 yaşlı türkiyəli müğənni Gülşən elə libas geyinib ki, bu, sosial şəbəkələrdə trendə çevrilib.
İctimairey.az “gazetemagazin.com” saytına istinadən xəbər verir ki, məşhur müğənni ötən axşam “Cahide Palazzo”da tamaşaçılarla görüşüb.
Transparan geyimə üstünlük verən Gülşənin iddialı üslubu sosial medianı iki yerə bölüb.
Bəzi izləyicilər “Bu lap ağ oldu” deyib, bəziləri isə sənətçinin geyimini bəyəndiklərini vurğulayıblar: “İzzet Yıldızxan daha yata bilməz”.