Sosial şəbəkələr Avropa Şurası rəhbərinin Ermənistana səfərini qalmaqalla müzakirə edir.
İctimairəy.Az xəbər verir ki, bu barədə18 iyul 2021, – REGNUM saytında Yerevanda Ermənistan müxalifət partiyası “Daşnaksütyun” partiyasının gənclər təşkilat nümayəndələrinin Avropa Şurasının rəhbəri Şarl Mişelin “Rüsvayçı” deyə qışqırıqları ilə qarşılaşdıqları barədə məlumat yayılıb. Mişel Dağlıq Qarabağ ərazisindəki qarşıdurma zamanı dəstək vermədiyi üçün ittiham olunub.
Bir çox sosial şəbəkə istifadəçiləri Ermənistanın hərbi məğlubiyyətlərində baş verənlərlə heç bir əlaqəsi olmayan üçüncü qüvvəni günahlandırmaq qərarına gəlməsinə son dərəcə təəccüblənib. Bəzi şərhçilər əmindirlər ki, Ermənistan xalqı faciəli vəziyyətdədir və onların bir çox nümayəndəsi Dağlıq Qarabağın itirilməsinin öz günahları olduğu həqiqəti ört-basdır etməyə çalışır. Bəziləri Ermənistana zəif münasibət göstərən Avropa təmsilçisini günahlandırmaq cəhdinin qəribə olduğunu düşünür. “Xeyr, o, yəni ki, Mişel – sizin kişilərin cəhdlə axtardığı çəhrayı bikini gətirib!” – yazır Denis M. “Dağlıq Qarabağdakı müharibə zamanı Ermənistanın özü harada idi?” – soruşur Evgeniy B. “Hamı həmişə ermənilərə sanki, borcludur.Göründüyü kimi özlərinin yetərincə cəsarətləri, hünərləri çatmayıb ki, müharibəni uduzublar. İndi sızlayır və günahkarlar axtarırlar. Acınacaqlı bir mənzərədir ”- yazır Kerim A. “Ümumiyyətlə, Ermənistan Avropa ölkəsi deyil və Avropa da onun problemlərindən əsla narahat deyil. Onlara öz problemləri kifayətdir. Həmişə ermənilərin onları kimdənsə qurtarmaq, qorumaq üçün kiməsə ehtiyacı var! Türklərdən, Azərbaycandan, Paşinyandan, hətta özlərindən belə ” – deyə yazır Oleq M. Bir sıra istifadəçilər Ermənistan vətəndaşlarının əslində xəyallarının qurbanı olduqlarına diqqət çəkir.
Qərb ölkələrindən heç biri erməniləri hətta ailələrinin içinə belə buraxmağı və İrəvanın maraqlarını müdafiə etməyi düşünmür və borclu da deyil. “Bəli, ermənilələr Avropa Şurasının rəhbərinin heç vecinə deyil. Onun üçün bunlar bir növ makakadır. Suverenliyi və torpaqları hayasızcasına başqa dövlətlərlərdən qoparan bu kiçik xalqın avropalıların gözündə heç bir hörməti, ləyaqəti yoxdur. Suveren dövlət olduqda nədənsə özlərinə xəyal ediblər ki, guya Avropa, ya da Amerikaya yapışacaqlar və onlar da erməniləri qayğıyla qucaqlayacaqlar.
Xeyr, uşaqlar, nə qədər isterik olsanız da, hamı sizə uca bir qaladan tüpürəcək “” – deyə yazır Valeri F “Ermənistana dostluq və hətta qardaşlıq münasibətləri müqabilində Rusiyadan kömək təklif olunduğunu xatırladanlar da var idi, amma ermənilər üstünlüyü avropalılara verdilər və nəticədə cavablarını da aldılar”. “ Elə insanlar var ki, ona hamının bir borcu olduğuna inanır. Eyni mövqedə olan ölkələr də var. İki stulda otura bilməzsən, qərar verməli idin. İndi çox gecdir ”- deyir Galina K. Xatırladaq ki, Yerevanda Ermənistan müxalifət partiyası “Daşnaksütyun” –nun gənclər təşkilat nümayəndələrinin Avropa Şurasının rəhbəri Şarl Mişeli – “Rüsvayçı” – deyə qışqırıqları ilə qarşılaşdıqları barədə məlumat yayılıb. Mişel Dağlıq Qarabağ ərazisindəki qarşıdurma zamanı dəstək vermədiyi üçün ittiham olunub.
Esmira ŞÜKÜROVA