“Dünya şahlarına şah olan şahlar şahı Nadiri Sahibhicran”

0

Azərbaycanın sirrləri Nadir Şahın ordusunda talışlar və Pəncabın talışlar tərəfindən fəthi Azərbaycanın Talış dağları, bu Talış diyarı Azərbayjan xalqının böyük insanlarını, böyük şəxsiyyətlərini yetişdirmişdir. İndiyə qədər rast gəldiyim mənbələrdə bütün müəlliflər talışları sülhsevər xalq adlandırır. Azərbaycanın tarixində əvəzolunmaz iz qoyan talış xalqı Babək Hürrəminin qurduğu Hürrəmiyə dövlətində, Atabəylər dövlətində, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində, Səfəvi və Əfşarlar imperatorluğunda, Qacarlar dövründə, Cümhuryyət illərində və ikinci müstəqillik illərində Azərbaycan dövlətçliyi tərəfində olublar.

Qeyd edim ki, Azərbaycanda ermənilərin törətdikləri soyqırımlardan ən çox zərər görən xalqlardan biri də talışlar olub. Rus işğalına qarşı savaşda Talışlar Cümhuriyyətimizin yanında olublar. Cümhuriyyət ordusunda talış zabitləri və əsgərləri olub. Birinci və ikinci Qarabağ müharibəsi dövründə Talışlar Azərbaycanın müstəqilliyi uğrunda savaşıblar, şəhid və qazi olublar. Çoxları bilməsə də Sovetlərə qarşı başlanan milli azadlıq mübarizəsində üç rəngli Azərbaycan bayrağını gizli tikən və onu aksiyalarda qaldıran içərisində talışlar da olublar.

Səfəvi hökmranı Şah İsmayılın uşaqlıq illərindən yanında xidmət edən talışlar onu qoruyublar. Səfəvi ordusunda göypaltarlılar kimi qaynaqlarda qeyd edilən talış əsgərləri Əfşar imperatorluğunun qurulmasında da yaxından iştirak ediblər. Nadir xan Əfşar 1725-ci ildə 30 hek­tar ərazini qala divarları ilə əhatəyə aldırır və Lənkəranı qala-şəhərə çevirir. Nadir şahın dövründə ərazinin mərkəzi Qızılağac kəndi, sonra Astara olmaqla hakimliklərə bölünmüşdü. Əfşarlar imperiyası dövründə Talışı vilayət hakimi idarə edirdi. Talış xanları sülaləsinin banisi Səfəvi nəslinə mənsub olan Ərdəbilli Seyid Abbas olmuşdur. Nadir şah rəsmi fərmanla Seyid Abbası talışın nəsli hakimi elan etmişdir. Nadir şah Əfşar Hindistanı tamamilə fəth edən tarixi şəxsiyyətlərdən biri olub.

Onun ordusu çevik və mütəşəkkil bir system əsasında qurulmuş idi. Orduda xüsusilə seçinlər içərisində beş min talış döyüşçüsü olubdur. Nadir şah Əfşar 1739-cu ildə Hindistanı tutmaq üçün maraqlı bir taktika işlədir. Bu planın müzakirəsində orduda yüksək rütbəli döyüşçülərlə görüş keçirilir. Nadir Şaha Məhəmməd xan adlı sərkərdələrdən biri Pəncabın alınması üçün talış döyüşçüləri önə buraxmağı təklif edir. Təxminən əldə olunan qaynaqlardakı yazılara görə belə bir dialoq olur: Məhəmməd xan: Bura Pəncab vilayətidir. Tarlaları suvarmaq üçün Hind çayını və onun qollarını böyük və kiçik kanallarda bütöv sistem kimi birləşdirmişlər.Suvarılan torpaqlarda buğda və pambıq, şəltik və şəkər qamışı becərirlər. Burdaildə iki dəfə məhsul yığılır. Pəncab yalnız öz əhalisini deyil, həm də ölkənin başqa rayonlarını ərzaqla təchiz edir. Bu yerin alınmasında talışlar daha çox maraq göstərirlər.

Nadir: -Nə olsun, qoy talış olsun. Onlar da bizdəndirlər. Sən indiyə qədər türkə arxadan zərbə vuran bir talış gördünmü? Məhəmməd xan: -Yox, görmədim. Kürd gördüm, fars gördüm, əfqan gördüm, mazandaranlı gördüm, gilək gördüm, amma talış görmədim. Adamın üstündə Allah var. Onlar düz tayfadırlar. Mərddirlər, sədaqətlidirlər Siyo Əli xanın (Qaraxan) başçılıq etdiyi beş min nəfərlik Talış ordusu, güclü taktiki sxemlə Pəncab şəhərini tutur. Bu Hindistanda yerləşən düşmənlə mübarizə üçün strateji mövqe baxımından çox dəyərli şəhər idi. Talış əsgərləri gecə ikən şəhərə daxil olurlar. Onlar strateji yerləri ələ keçirib bütün hind oxçularını zərərsizləşdirlər. Şəhərdə silahları məhv edən talış döyüşçülər sabah səhər baş verəcək əsas döyüş üçün hind ordusunu zəiflədirlər və Pəncab onların nəzaritinə keçir. Şəhərdən çıxan əsas ordu isə düzənlikdə Nadir şahla döyüşə hazır vəziyyətdə idi.

Arxada isə onlara heç bir kömək olmayacaq idi. Talış döyüşçülər Pəncabı ələ keçirib arxada düşmənə zərbə vurmaq üçün hazır vəziyyətdə idilər. Fillərin hind ordusunda xüsusi əhəmiyyət kəsb etdiyini başa düşən şah öz ordusunun ön sırasına dəvələri düzür. O, döyüşçülərinə dəvələrin belinə dəmir sini qoyub içinə od vurmağı əmr edir. İstidən beli yanan dəvələr dəhşətli nərilti ilə fillərin üstünə hücum edirlər.Bundan ürkən fillər geri çəkilib hind döyüşçülərini əzir.

Geri qaçan hind döyüşçülərini isə gözləyən talış dəstləri onlara ağır zərbə vururular. Daha sonra Nadir şahın qoşunu Hindistanın paytaxtı Dehliyə doğru hücuma başladı. Pisəvər, Lahor əyalətləri Nadir tərəfindən zəbt olunur. Nadirin ordusu çətin dağ aşırımlarından, çaylardan keçərək, Yəminabadın, Abadı, Kəşmiri, Xornalı və Hindistanın başqa şəhərlərini ələ keçirtdi. Nadirin qoşunları müqavimət görmədən Karnala (Dehlinin şimal-qərbində) qədər gəlib çıxır və 1739-cu ilin 24 fevralında Böyük Moğol sülaləsindən Məhəmməd şahın ordusunu darmadağın edərək, martın 20-də Dehlini tutur. Böyük Moğol dövləti üzərinə pulla altı milyon rupilik, qiymətli daş-qaşla 500 milyon rupilik xərac qoyulur. Hindistanı tutan Nadir şah qızıl zərb pullar kəsdirib üstünə bu sözləri yazdırır: “Dünya şahlarına şah olan şahlar şahı Nadiri Sahibhicran”.

Dosent, Zaur Əliyev

Leave A Reply

Your email address will not be published.

Tərcümə »