Azərbaycan vətəndaşları dünyanın 69 ölkəsinə vizasız səfərlər edə bilərlər

0

“Henley & Partners Visa Restrictions Index” reytinqində Azərbaycan mövqeyini yüksəldib

Azərbaycan yenilənmiş “Henley & Partners Visa Restrictions Index” reytinqində 6 mövqe qalxaraq 74-cü yerdə qərarlaşıb. Bu barədə “Henley & Partners”in məlumatında qeyd edilir.

“Henley & Partners” şirkətinin viza məhdudiyyətləri üzrə indeksi (Visa Restrictions Index) dünyanın 200-dən çox ölkəsinin və ərazilərin viza tələblərini analiz edir.

“Hesabat dövrü ərzində ölkə Oman ilə vizasız səfərlər haqqında müqavilə imzalayıb. Azərbaycan vətəndaşları dünyanın 69 ölkəsinə vizasız səfərlər edə bilərlər”, – birinci rüb üçün İndeksin məlumatında deyilir.

“Henley & Partners” qeyd edir ki, Sinqapur və Yaponiya birinci yeri bölüşür (192 vizasız istiqamət), Almaniya və Cənubi Koreya ikinci yeri bölüşür (190 vizasız istiqamət).

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »