Macarıstan Ermənistanla dostlaşır: Ramil Səfərov məsələsində pozulan diplomatik münasibətləri bərpa etməyə çalışır?

0

Macarıstan Ermənistana Covid-19 koronavirus infeksiyasına qarşı AstraZeneca vaksinin partiyasını bağışlayıb.

İctimairey.az xəbər verir ki, bu barədə dekabrın 30-da Zaqafqaziya Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirlikdən bildirilib ki, humanitar yardım çərçivəsində Ermənistan Səhiyyə Nazirliyi 100 min doza antikoronavirus preparatı alacaq.

Ötən cümə axşamı məlum olub ki, Budapeştin vasitəçiliyi ilə Azərbaycan tərəfi ötən ayın ortalarında Ermənistanın Sünik rayonunda baş verən qarşıdurmalar zamanı əsir götürdüyü 5 erməni hərbçisini İrəvana qaytarıb.

Maraqlıdır ki, Ermənistanla Macarıstan arasında 10 ilə yaxındır ki, rəsmi diplomatik münasibətlər yoxdur. 2012-ci il avqustun 31-də Azərbaycan hərbçisi Ramil Səfərovun Bakıya ekstradisiyasından sonra, İrəvan Budapeştlə diplomatik əlaqələrini kəsib. O, 2004-cü ilin fevralında Macarıstanın paytaxtında erməni zabiti Qurgen Marqaryanın  öldürülməsində (balta ilə) məhkum edilib. Hadisə NATO-nun Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin iştirak etdiyi ingilis dili kursları zamanı baş verib.

Öldürülən zabitin qohumları Macarıstan və Azərbaycanı  məhkəməyə verib. Avropa İnsan Haqları Məhkəməsi Macarıstan və Azərbaycan hökumətlərini bu işdə cavabdeh kimi tanıyıb. Cümə günü Ermənistan KİV-i yenidən bu barədə xatırladıb.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »