ŞOK XƏBƏR: Rusiya-Bakı reysində iki həmyerlimiz  təyyarədə öldü

0

Hadisələr eyni gündə baş versə də, fərqli reyslərdə qeydə alınıb.

İctimairey.az xəbər verir ki,  dekabrın 23-ü axşam saat 10 radələrində Kazandan Bakıya gələn Rusiya vətəndaşı, 1963-cü il təvəllüdlü Faxrət Şıxıyev təyyarədə qəfildən ölüb.

İkinci hadisə isə, həmin gün günorta saatlarında Moskva-Bakı reysində baş verib. Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Maqomed Kazımov da təyyarədə vəfat edib.

Hər iki şəxsin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »