Gürcüstan parlamentinə yeni spikerin namizədliyi irəli sürüldü.

0

Gürcüstan parlamentinin sədri Kaxa Kuçava öz xahişi ilə istefa verib.

 İctimairey.az xəbər verir ki, bu barədə cümə günü brifinqdə çıxış edən hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası parlamentdə rotasiya ilə bağlı qərar qəbul edib. “Kaxa Kuçava istefa vermək qərarına gəlib və bu, onun öz fikridir.

İ.Kobaxidze onu da bildirib ki, partiyanın siyasi şurasının və parlament çoxluğunun qərarına əsasən, Gürcüstan parlamentinin sədri vəzifəsinə deputat Şalva Papuaşvilinin namizədliyi irəli sürüləcək.

K.Kuçava 2021-ci ilin aprelindən Gürcüstan parlamentinin spikeri vəzifəsində çalışıb.

Qeyd edək ki,  Kaxa Kuçava istefası barəsində belə bir məlumat verib ki, bu 2-3 günlük qərar olmayıb və bu barədə komanda ilə bir aya yaxın məsləhətləşib. O, həmçinin açıqlayıb ki, üzərində işləyəcəyi və gələn il əhalinin daha ətraflı öyrənəcəyi yeni layihəyə görə istefa edib. Hələlik isə yeni layihə barəsində məlumat verməyəcək.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »