Bakıda Nəsimi rayonunda dəhşətli qətl hadisəsi qeydə alınıb.
İTV-yə istinadən xəbər verir ki, 32 yaşlı Samir Cəfərov səhər vaxtı valideyni ilə yemək yeyərkən, 62 yaşlı anası Bəsti Cəfərovanın başını kəsib.
Qonşular onların çox sakit ailə olduqlarını deyiblər. Onu da bildiriblər ki, əvvəllər evli olan Samir hazırda ailəsindən ayrılıb və depresiya yaşayır.
Hələlik oğlanın hansı səbəbdən qətl törətdiyi hələlik məlum deyil.
Samir Cəfərov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.