“Silk Vey Vest Aviaşirkəti”nin dollar istiqrazları yerləşdiriləcək – ŞƏRTLƏR

0

27 dekabr 2021-ci il tarixində “Silk Vey Vest Aviaşirkəti” MMC-nin növbəti 10 milyon dollarlıq istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

Birjanın yaydığı məlumatda bildirilir ki, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 10 min ədəd, hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 5%, tədavül müddəti 3 il, kupon faizlərinin ödəniş müddəti 3 təqvim ayından birdir.

Qeyd edək ki, 15 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Silk Vey Vest Aviaşirkəti” MMC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »