Bu gün Meşəli faciəsinin ildönümüdür: Ana oğlu Əlinin meyidinin başına dolandı və qol götürüb oynadı, havalanmışdı.

0

29 il əvvəl bu gün, 1991-ci il dekabrın 23-də Xocalının Meşəli kəndində erməni terrorçuları tərəfindən amansızlıqla qətlə yetirilmiş, əslən Laçın rayonunun Fərraş kəndindən olan Şəhidlər bu günahsız həmyerlilərimizdir:

1.Kazımov Xəlil Mahmud oğlu.

2.Allahverdiyev Vidadi Müsül oğlu.

3.Orucov Miryusif Kərim oğlu.

4.Novruzov Novruz Məhərrəm oğlu.

5.Novruzova Adilə Məhəmməd qızı.

6.Novruzov Allahverdi Novruz oğlu.

7.Novruzova Rahilə Novruz qızı.

8.Novruzova Rübabə Novru qızı.

9.Quliyev Qənimət Əbi oğlu.

10.Quliyeva Ruba Hacı qızı.

11.Quliyev Mətləb Qənimət oğlu.

12.Quliyev İsmayıl Qənimət oğlu.

13.Nurməmmədov Hüseyn İrza oğlu.

14.Nurmmədova Pakiizə İslam qızı.

15.İbadullayev Əli Nəbi oğlu.

16.Mehrəliyev Əli Mürsəl

17.Hümbətov Bəhlul Müseyib oğlu.

18.Mahmdova Sürəyya Alış qızı.

19.Qasımov Ənvər Bahadır oğlu – Arduşlu kəndindəndir.

Həmin hadisənin canlı şahidi olmuş Zahid Mahmudovun dediklərindən: Mən o faciənin iştirakçısi olmuşam. 23 Dekabr 1991-ci ildə ermənilər səhər tezdən Meşəli kəndini mühasirəyə aldılar. Dəhşətlidi, dinc əhalini gülləboran edən murdar ermənilər uşaq, qadın, qoca, qarı demədən Meşəlidə soyqırım törətdilər. Gözlərimlə gördüm həmin faciəni.  O haqda günlərlə danışmaq olar. Altı nəfər qadın yanan güllə ilə vurulduğundan, bədənləri yanmışdı.

Qışın o çağında kənardan molla gələnə kimi, mən Qurani Kərimdən Yasin surəsin oxudum, 11 nəfəri dəfn etdik. Qalan şəhidlər səhəri gün  dəfn olundu. Hətta, şəhid olmuş insanların bədənindən çıxarılan güllə başlıqlarını məktəbin pəncərəsinə yığmışdım. Elə şəhid vardı ki, 9 güllə dəymişdi.

Bir nəfər gəlin yuyat yerinə yaxınlaşdı, qoymadılar. Dedim ki, kimdi qoyun gəlsin. Gəldi və bildim ki, 6 aydı toyları olub, yoldaşı şəhid olmuşdu. Həmin qadınının göz yaşları bulaq kimi qaynayırdı.

Bir nəfər ana, səf eləmirəmsə adı  Zərif idi,  Ana oğlu Əlinin meyidinin başına dolandı və qol götürüb oynadı, ana havalanmışdı. Heç vaxt o faciə yadımdan çıxmaz.

  Bir ailənin 5 nəfəri evdə yanıb külə dönmüşdü. Külünü bir prastinaya yığb gətirdik.

Bir uşağın əlinə və üzünə qəlpə dəymişdi. Gətirdim Əfqan həkim sarıdı. Əfqan həkim həmin faciəni eşidib gəlmişdi Fərraşa.

Ermənilər kəndi yandırdılar, kömək gələnə kimi, talan edib apardılar,

Allah günahsız yerə amansızlıqla qətlə yetirilmiş soydaşlarımıza rəhmət eləsin, erməni millətçilərinin bəlasını versin!

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »