Rada Deputatları; Zelenskinin dövlətə  xəyanət etməsi suçuyla bəyanət yayıb.

0

Deputatlar Ukrayna prezidentini ölkədəki enerji böhranında günahkar hesab edirlər

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun “Avropa Həmrəyliyi” partiyasından olan Ali Radanın deputatları hazırkı lider Vladimir Zelenski və ətrafının dövlətə xəyanət etməsi və terrorizmin maliyyələşdirilməsi barəsində bəyanatla müraciət ediblər.

İctimairey.az xəbər verir ki, bu barədə cümə axşamı partiyanın rəsmi saytında məlumat verilib.

“Avropa Həmrəyliyindən olan Xalq Deputatları Ukrayna Baş Prokurorluğuna, Dövlət İstintaq Bürosuna Ukrayna Təhlükəsizlik Xidmətinə Zelenski və onun ətrafı tərəfindən dövlətə xəyanət və terrorizmi maliyyələşdirməsi barədə məlumat veriblər”, – deyə məlumatda bildirilir.

Aydınlaşdırılır ki, deputatlar Ukraynanın hazırkı prezidentini ölkədəki enerji böhranında günahkar hesab edirlər. “Vladimir Zelenskinin rəhbərliyi zamanı Ukrayna enerji müstəqilliyini itirdi və işğalçı ölkədən kömür almağa başladı (Ukrayna Rusiyanı belə hesab edir ),” deyə, partiya izahat verib.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »