Yenicə çapdan çıxmış Pedaqogika dərsliyi: Pprofessor Rüfət Hüseynzadə

0

Rüfət Hüseynzadənin Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi qriflə təsdiq etdiyi“Pedaqogika”, “Azərbaycan məktəb və pedaqoji fikir tarixi”,

“Azərbaycan təhsil tarixi”, “Pedaqogika tarixi” proqramlarına, dos. Zenfira Əzizovanın və dos. Sahib Əliyevin “Pedaqogika” kursu proqramlarına əsasən və Dövlət Təhsil Standartlarına müvafiq olaraq hazırlanmışdır. Dərslikdə Pedaqogikanın dörd bölməsi üzrə – Pedaqogikanın ümüumi əsasları, Didaktika, Tərbiyə nəzəriyyəsi, Məktəbşünaslıq, bölmələri yeni pedaqoji təfəkkür işığında şərh olunur, müasir pedaqoji elmin inkişafının və yeni pedaqoji təcrübələrin ən son nailiyyətlərinə nüfuz edilir, yeni pedaqoji texnologiyalar, innovasiyalar, fəal və interaktiv təlim metodları, səriştəli və peşəkar müəllim kadrlarının hazırlığı, təhsilin innovativ idarəetmə sistemi öyrənilir, Dərslikdən “Pedaqogika” kursu üzrə mühazirə və məşğələ aparan pedaqoqlar, ümumtəhsil məktəblərində çalışan müəllimlər, pedaqoji təmayül üzrə təhsil alan tələbələr, təhsil işçiləri, pedaqoji elmlər üzrə məşğul olan tədqiqatçılar,magistrlər, doktorantlar, habelə təlim, tərbiyə və təhsil işləri ilə maraqlananlar istifadə edib faydalana bilərlər. 

Prof. Rüfət Hüseynzadə.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »