İşğaldan azad edilmiş ərazilərimizdə mədəniyyətimizin bərpası missiyası uğurla davam etdirilir.
İctimarey.Az Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.
A.Kərimov qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Prezident İlham Əliyevin verdiyi ilk qərarlardan biri Şuşanın mədəniyyət payaxtı edilməsi idi:
“Bu özlüyündə çox böyük mesaj idi ki, Azərbaycan Qarabağa öz mədəniyyəti ilə qayıdır. Azərbaycan Qarabağa təkcə enerji, iqtisadi layihələrlə deyil, eyni zamanda yumşaq güclə qayıdıb”, – deyə A.kərimov bildirib.
O qeyd edib ki, Vətən müharibəsində qələbədən sonra Azərbaycan yeni mərhələyə qədəm qoyub:
“Mədəniyyətimizi müstəqilliyimizin bir təzahürü kimi inkişaf etdirməliyik. Mədəniyyətin iqtisadi inkişafa töhfəsi gücləndirilməlidir”, – deyə nazir bildirb.