İran İsrailin hərbi obyektlərinə zərbələr endirməyə hazırdır

0

İctimairey.az Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, bu gün, dekabrın 20-də, Hatəmul-Ənbiya mərkəzi qərargahının komandiri İsrailin İrana hücumu halında hərbi cavab veriləcəyi ilə hədələyib.

General-mayor Qolam Əli Rəşid deyib:

“İran İslam Respublikasının nüvə və hərbi bazalarına sionist rejimdən  hər hansı təhdid, ABŞ-ın dəstəyi olmadan, ona yaşıl işıq yandırılmadan  mümkün olmayacaq… Əgər bu cür təhdidlər reallaşsa, İslam Respublikasının silahlı qüvvələri dərhal və qətiyyətlə təcavüz həyata keçirilən məkanda bütün mərkəzlərə, bazalara, marşrutlara və məkanlara hücum edəcək”.

Qeyd edək ki, bundan əvvəl  mediya xəbər vermişdi ki, İsrail hərbi yolla İranın nüvə silahı əldə etməsinin qarşısını almağa hazırdır.

Radio “Galei IDF” İsrail müdafiəsinin yüksək səviyyəli nümayəndəsinə istinadən xəbər vermişdi ki,  İsrail İranın müəyyən edilmiş tarixə əsasən, nüvə silahı yaratmasının qarşısını almaq üçün, hərbi variant hazırlayır, bu barədə yəhudi dövlətinin müdafiə naziri Benni Qantz Vaşinqtona səfəri zamanı ABŞ rəsmilərinə məlumat verib.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »