Rumıniyada nazir istefa Verdi: SV-ni yalan məlumatlarla doldurub

0

Rumıniyanın İnnovasiya və Rəqəmsallaşma Naziri Florin Roman öz tərcümeyi-halında və təhsili barəsində doğru olmayan məlumat verməsi xəbərindən sonra istefa verib.

İctimairey.az xəbər verir ki, ölkədə nəşr olunan “Libertatea” qəzeti  nazirin təhsil məlumatları ilə bağlı suallar qaldırıb.

Noyabr ayında qurulan hökumətdə vəzifəyə başlayan Roman, ilk ayını tamamlamadan istefa verməli oldu. Roman onun haqqında yayılan xəbərlərin baş nazir Nikolae Çiukaya təsir etməməsi üçün, istefa vermək qərarına gəldiyini bildirib.

Roman internetdə yayımlanan açıqlamada “Hər şeyi səhv şərh etmək, maddi səhvlər etmək və ilk gündən linç edilmək çox irəlilədiz”, yazıb.

Magistrlik dissertasiyasının bir hissəsi də yalandır

Libertatea qəzeti Romanın magistrlik dissertasiyasının bir hissəsini yalan etdiyini və CV-də 2006-cı il akademik nəşrinin tapılmadığını bildirib.

Romanın oxuduğu universitet haqqında yalan məlumat verdiyi də bildirilib.

İstefa verən nazir ittihamları rədd edərək, “Bu, mənə qarşı aparılan qarayaxma kampaniyasının bir hissəsidir” deyib.

Əvvəllər Rumıniyada bəzi yüksək vəzifəli şəxslərə qarşı yalan ittihamları irəli sürülüb. 2015-2017-ci illər arasında baş nazir vəzifəsini icra edən Dacian Ciolos Romanın istefasının doğru addım olduğunu deyib və qeyd edib ki, CV-də özü barəsində   uydurma xüsusiyyətlər həqiqətən də ixtisaslı və dürüst insanları siyasətdən uzaqlaşdırır.

Qeyd edək ki, Aİ üzvü Rumıniya Transparency International təşkilatının 2020-ci il Korrupsiya Qavrama İndeksində 180 ölkə arasında 69-cu yerdədir.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »