Xətai Rayonunda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində 4 mənzildən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər saxlanılıblar
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat nəticəsində Göygöl rayon sakinləri Şahin Dursunov və qardaşı Sərvin saxlanılaraq istintaqa təqdim ediliblər.
Onlar zərərçəkənlərə ümumilikdə 10 min manata yaxın maddi ziyan vurublar. Hər iki şəxsin oğurluğa getməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib. Saxlanılan şəxslər ifadələrində oğurluq etdiklərini etiraf ediblər. Qeyd edək ki, Şahin Dursunov saxlanılan zaman ondan əlavə olaraq narkotik maddə olan heroin də aşkar edilib.