Ərdoğan Putinin onun barəsində dediklərinə cavab verdi

0

Rusiya prezidenti Vladimir Putini də sözünün üstündə duran vicdanlı insan adlandırmaq olar.

İctimairey.az xəbər verir ki,mətbuatın yaydığı məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə görüşündə deyib.

“Mən cənab Putinlə tanış olanda onu bu şəkildə tanıdım. O, həqiqətən dürüst insandır”, – deyə Ərdoğan Rusiya liderinin onun haqqında söylədiyi sözlərə münasibət bildirəndə belə cavab verib.

Putin mətbuat konfransında Ərdoğanı “kişi” adlandırıb və əlavə edib ki, Türkiyə lideri “quyruğunu bulamır”. Eyni zamanda, Putin qeyd edib ki, dövlət başçıları “müəyyən məsələlər”lə bağlı fərqli fikirdədirlər.

Belə ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, liderlərin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dialoqunda nüanslar var, lakin Rusiya prezidenti türk həmkarının konstruktiv yanaşmasını yüksək qiymətləndirir.

Bundan əvvəl, Putin Ərdoğanın “Türk axını” qaz kəməri ilə bağlı mövqeyini yüksək qiymətləndirib. “Türkiyə ilə mən “Türk axını”nın inşasına prezident Ərdoğanın siyasi iradəsi, insan xarakterinin ən yaxşı keyfiyyətlərini göstərməsi sayəsində razılaşdıq”, – Putin deyib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »