Millət Vəkili Aqil Abbas “İrəvana gedib ordan Türkiyəyə daha ucuz bilet alacam”

0

Azal” qiymətləri qaldıra-qaldıra gedir. Gözləyirəm Zəngəzur dəhlizi açılsın, ordan İrəvana keçib və Türkiyəyə 80 manata bilet alıb gedəcəm”.

İctimairey.az xəbər verir ki, bu sözləri deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında “Turizm haqqında” qanuna münasibət bildirərkən deyib.

“AZAL” hər dəfə qiymətləri qaldırır. Biz bunu burda müzakirə etməklə nəsə dəyişmir. Türkiyə bu yaxınlarda İrəvanla hava yolunu açacaq. Biletlərin qiyməti də 80 manatdır. Gözləyirəm ki, Zəngəzur dəhlizi açılsın, ordan Türkiyəyə daha ucuz gedəcəyəm. Hörmətli Sahibə xanım, çox xahiş edirəm bu məsələni diqqətinizdə saxlayın. Belə olmaz. Özümüz deyib, özümüz eşidirik. Turizmin inkişafına mənfi təsir edən əsas amillərdən biridir. Benzin, dizel bizim… Üstəlik AZAL da subsidiya alır. Başqa ucuz şirkətlər gəlir, bir aydan sonra qaçıb gedirlər. Sözümüzün havada qalmaması üçün, bəlkə bu barədə danışmayaq?! AZAL da qiymətləri qaldıra-qaldıra getsin.

Allahın bir dənə “Zirə” komandasını da saxlaya bilmədi. O boyda pulun uçundə.Yəni bir dənə komandanı da saxlaya bilmirsən, qardaş?! O gün oxuyuram ki, hoteldə 2 gecə 3 günlük qiymət 1750 manatdır. Mənim bir aylıq maaşımdır. Mən gedəcəm o hotelə? Əlbəttə, yox!”, – deyə deputat bildirib.

“Təyyarə biletlərin məsələsi həll olunmalıdır. Sahibə xanım, bəlkə siz özünüz bu məsələyə bir əncam çəkəsiniz” – Aqil Abbas vurğulayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »