Əhməd İsmayılov: İnternet televiziyalar mütləq lisenziya almalıdır…?

0

““İnternet televiziyalar mütləq lisenziya almalıdır, almasa, fəaliyyət göstərməyəcək”, – deyə bir müddəa qanunda yoxdur”.

Bunu Media İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov İTV-də “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, internet televiziyalar yayımlandığı platformadan asılı olaraq fəaliyyət göstərəcək:

“Əgər internet televiziya fəaliyyət göstərmək, birbaşa bizim mənzillərimizdən yayımlanmaq istəyirsə, könüllü olaraq özü gəlib bizə müraciət edib lisenziya alacaq və fəaliyyətə başlayacaq. Bu zaman onun yutub, feysbuk kimi platformalarda paralel yayımlanması şərt deyil. Əsas şərt 6 saatlıq efir yayımı, eyni zamanda öz saytında yayımın paralel aparılmasıdır”. Ə.İsmayılovun sözlərinə görə, internet televiziya bunu istəmirsə, qanun hər hansı məhdudiyyət qoymayacaq: “Əgər o yutubda qalmaq istəyirsə, qanun buna məhdudiyyət qoymayacaq. Çünki bunun nə texniki, nə də hüquqi əsası var”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »