Azərbaycan filmi Oskar mükafatına namizədlər siyahısına daxil edilib

0

Film “Ən yaxşı xarici film” nominasiyasında Amerika Film Akademiyası Mükafatı üçün müsabiqəyə qəbul edilmiş filmlərin sayına daxil edilmişdir.

Azərbaycanlı kinorejissor Rüfət Həsənovun “İçəridəki ada” bədii filmi rəsmən “Oskar”a namizədlər siyahısına düşüb.

İctimairey.az xəbər verir ki, bu barədə kino akademiyasının rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
Film Amerika Film Akademiyası Mükafatının Xarici Dildə Ən Yaxşı Film üçün qısa siyahıya düşmüşdür.
Azərbaycan filmi ilə yanaşı, bu nominasiya üzrə Oskar üçün Türkiyə, Rusiya, Ukrayna, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrin kino xadimlərinin filmləri də elan edilib – 93 ölkədən müsabiqədə iştirak üçün müraciətlər qəbul edilib.

Bu kateqoriya üzrə 15 ən yaxşı Oskar namizədinin (qısa siyahıya alınmış) siyahısı dekabrın 21-də, namizədlər isə, fevralın 8-də açıqlanacaq. 94-cü Akademiya Mükafatları isə, 27 mart 2022-ci ildə Los-Ancelesdə keçiriləcək.

Filmin baş qəhrəmanı Seymur Tahirbəyov şahmat üzrə dünyanın aparıcı qrossmeysterlərindən biridir. Karyerasının ən vacib oyunundan bir neçə həftə əvvəl o, özünü yenidən kəşf etmək üçün, gizlicə yalnız bir sakinin yaşadığı adaya gedir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »