Masallıda şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib

0

Masallıda Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində təşkil edilən toy mərasimlərindən birində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

İctimairey.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, toy mərasiminin təşkil edildiyi obyektin sahibi və mərasimin təşkilatçısı barəsində qanunamüvafiq tədbirlər görülüb.

Belə ki, “Qəriblər ” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının sahibi 4000 manat, toy mərasiminin təşkilatçısı isə 400 manat məbləğində cərimə olunublar.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »