Abşeronda rayonunda ailə münaqişəsi bıçaqlanma ilə bitib. Hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.
Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanan 1980-ci il təvəllüdlü Seyidverdiyeva Aybəniz təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı onda qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
İctimairey.az