Türkmənistan prezidenti oğluna ölkənin neft-qaz kompleksinə nəzarət etməyi tapşırıb

0

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu, baş nazirin iqtisadiyyat üzrə müavini Serdar Berdiməhəmmədova ölkənin neft-qaz kompleksinə nəzarət etməyi tapşırıb.
İctimairey.az xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” hökumət qəzeti məlumat yayıb.

Serdar Berdiməhəmmədova neft-qaz kompleksinin maliyyə vəziyyətinə, o cümlədən potensialının reallaşdırılmasına mütəmadi və daimi olaraq nəzarət etməyi tapşırılıb. Hesabatda deyilir ki, ölkə qısa, orta və uzunmüddətli əsasda qaz ixracının coğrafiyasını genişləndirmək niyyətindədir.
Prezident yanacaq ehtiyatlarına görə dünyada ilk yerlərdən birini tutan “Qalkinış” yatağının işlənməsinin aktivləşdirilməsini də oğluna tapşırıb.

Qeyd edək ki, Serdar Berdiməhəmmədovun 40 yaşı var. O, Qurbanqulu Berdiməhəmmədovun yeganə oğludur. Serdar Berdiməhəmmədov 2020-ci ilin fevralında sənaye naziri vəzifəsinin icrasına başlayıb, 2021-ci ilin fevralından isə, Türkmənistan baş nazirinin müavinidir. Eyni zamanda, ölkədə baş nazir postu yoxdur və hökumətə prezident özü rəhbərlik edir

Leave A Reply

Your email address will not be published.

Tərcümə »